Bahalaşan qiymətlərlə bayram süfrəsi qurmaq üçün nə qədər pul lazımdır? – ŞƏRH


Yeni il yaxınlaşdıqca şəhərdə bayram ab-havası da hiss olunmağa başlayır. İnsanlar ili yola salıb yenisini qarşılamağı daha yaddaqalan keçirmək üçün müxtəlif seçimlər edirlər.

Kimi istirahət üçün rayonlara üz tutur, kimi xarici səfərlərə üstünlük verir, kimi isə ənənəyə sadiq qalaraq bayramı evində, ailə üzvləri ilə birgə süfrə arxasında qarşılamağı seçir.

Lakin seçimlər nə qədər fərqli olsa da, hamını düşündürən əsas sual eynidir: Yeni ili qeyd etmək üçün təxminən nə qədər büdcə tələb olunur və hansı variant daha sərfəlidir?

Bayram xərclərinin artdığı bir dövrdə, insanların imkanlarına uyğun seçim etməsi getdikcə daha da aktuallaşır.

Turkustan.az olaraq bizi maraqlandıran bu sualları iqtisadçı-ekspert Günay Hüseynovaya ünvanladıq.

İstiliklə bağlı qiymətlər narazılıq yaratdı: vacib detallar üzə çıxdı -  RƏSMİ - Globalinfo.az

Günay Hüseynova

Mövzuya keçməzdən əvvəl bir məqamı diqqətə çatdırmaq istəyirəm: artıq ənənəvi bayram süfrələri və ona günlər əvvəldən edilən hazırlıqlar demək olar ki, yox səviyyəsindədir. Başqa sözlə desək, insan nə vaxt istədiyi yeməyi doyunca yeyirsə, həmin gün onun üçün bayram sayılır. Bu gün insanlar əsasən yeməkləri ya catering (yemək şirkətləri) vasitəsilə, ya evdə hazırlayan şəxslərdən sifariş edir, ya da restoran və kafelərdə bayramı qeyd etməyə üstünlük verirlər.

Hətta bayram günlərini şəhərdən kənarda və ya ölkə xaricində keçirməyi seçənlərin sayı da artıb. Buna səbəb market və bazarlarda qiymətlərin bahalaşması, eyni zamanda iş şəraitinin yaratdığı yorğunluqdur ki, bu da alıcını daha rahat variantlara yönəldir. Sual yarana bilər: bəs bu seçimlərin qiymət baxımından fərqi nədir? Məsələn, sifarişlə hazırlanan yeməklərdə hər məhsuldan az miqdarda götürülür və sifarişçilər topdan alış etdikləri üçün qiymət nisbətən münasib olur. Restoran və kafelərə gəldikdə isə, mərkəzdə yerləşən bəzi məkanlarda 2 nəfərlik kabab seti 35 manat, 4 nəfərlik kabab seti isə 65 manata təklif olunur.

Bazarlıq etmək, yeməkləri hazırlamaq, ardınca yığıb-təmizləmək həm vaxt aparır, həm də fiziki cəhətdən yorucudur. Üstəlik, bayram ərəfəsində qiymətlərin daha da yüksəlməsi insanların restoran və kafelərə üz tutmasına səbəb olur. Hesab edirəm ki, Yeni il süfrəsi açmaq üçün 4 nəfərlik bir ailəyə minimum 250 manat vəsait lazımdır:

Toyuq əti (1 ədəd) – 10 manat

Quzu əti (3–4 kq) – 100 manat

Mal əti (1,5 kq) – 25 manat

Hinduşka və ya qaz – 60–65 manat

Meyvə şirələri və müxtəlif içkilər – 15–20 manat

Düyü – 5–7 manat

Aş qarası məhsulları (hərəsindən az miqdarda) – 25–30 manat

Salat (1 çeşid) – 12–14 manat

Meyvə (hərəsindən az miqdarda) – 15–18 manat

Şirniyyat – 20 manat

Çərəz (hərəsindən az miqdarda) – 20 manat

Manqal kömürü – 8–12 manat

Çörək, lavaş – 5 manat

Göyərti, kartof, soğan, pomidor, xiyar (az miqdarda) – 20 manat

Turşular və digər konservləşdirilmiş məhsullar – 5–8 manat

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ