Məktəblilər ölkə başçısına təbrik ünvanlayıb


Bakının Sabunçu rayonunda yerləşən Xoşbəxt Yusifzadə adına 112 saylı tam orta məktəbin şagirdləri öz valideynləri ilə birlikdə yeni layihə hazırlayıblar. Təhsil ocağının ibtidai sinif müəllimi və Kiçik Akademiya rəhbəri İlahə Abdullazadənin təşəbbüsü ilə ərsəyə gələn layihə ölkə başçısının ad gününə həsr olunub. "Prezidentim kimi" adlı layihənin keçirilməsində məqsəd şagirdlərdə dövlətçiliyə, vətənə və ölkə başçısına sevgi hissi aşılamaq, ali baş komandanı, yenilməz sərkərdə kimi gənclərə örnək kimi təqdim etməkdir.

Layihədə prezidentin sahib olduğu yüksək əxlaqi dəyərlər qiymətləndirilir, valideynlərin gələcək arzusu kimi təzahür olunur. Sözügedən layihəni təqdim edirik:


MANŞET XƏBƏRLƏRİ