Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın Krasnodar diyarındakı Eysk hava bazasında yerləşən İL-38N kəşfiyyat təyyarəsini vurduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, SBU yazılı açıqlamasında bildirib ki, Eysk hava bazasında yerləşdirilən "Dəniz Əjdahası" kimi də tanınan İL-38N kəşfiyyat təyyarəsinə hücum edilib.
Bəyanatda dekabrın ortalarında Rusiyanın Novorossiysk limanında "Layihə 636.3" tipli sualtı qayığına pilotsuz sualtı vasitələr tərəfindən hücum edildiyi xatırladılıb və eyni "əməliyyat"ın bir hissəsi olaraq kəşfiyyat təyyarəsinin də hədəfə alındığı qeyd edilib.
Əməliyyatın ilkin mərhələsində Ukrayna pilotsuz dəniz nəqliyyat vasitələrini aşkar etməsinin qarşısını almaq üçün təyyarəyə hücum edildiyi izah edilən bəyanatda aşağıdakılar yer alıb:
"Rusların Qara dənizdə bu sinifdən yalnız bir təyyarəsi var idi və həmin təyyarə hədəflərinə doğru hərəkət edən "Sub Sea Baby" sualtı pilotsuz uçuş aparatlarını aşkar edə bilirdi".
Aytən Yaşar/ Turkustan.az