Aİ parçalanma prosesindədir - Orban


Macarıstanın Baş naziri Viktor Orban Avropa Birliyinin (AB) parçalanma prosesində olduğunu bildirərək deyib: "Qərarlar Brüsseldə qəbul edilir, lakin üzv dövlətlərdə tətbiq olunmur və birlik bu şəkildə dağılır."

Turkustan.az xəbər verir ki, Viktor Orban "Əgər AB fərqli bir siyasət qəbul etməsə, bütün Avropa 2026-cı ildə müharibə vəziyyətinə gələ bilər" deyə əlavə edib.

Orban Macarıstan mətbuatına verdiyi müsahibədə Avropanın qarşılaşa biləcəyi müharibə təhlükəsi barədə şərh verib. 2025-ci ilin Avropanın son sülh ili olub-olmayacağı barədə soruşulduqda, o cavab verib: "Bəli, bu ehtimalı istisna etmək olmaz."

O əlavə edib: "Biz sülhə öyrəşmişik. Avropadakı son böyük müharibə 1945-ci ildə başa çatıb və o vaxtdan səksən il keçib. Bu, Avropa üçün son dərəcə müstəsna bir vəziyyətdir."

Macarıstan lideri Avropa qitəsindəki müharibənin nüvə fəlakətinə çevrilməsi qorxusunun qitə əhalisini uzun müddət müharibələrdən uzaq tutduğunu qeyd edərək deyib: "Bu qorxu 80 il ərzində təsirli oldu. Lakin indi tamamilə fərqli bir dünya formalaşır."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ