Tramp administrasiyası ABŞ-dan deportasiyaları sürətləndirməyi planlaşdırır - VP


ABŞ administrasiyası qanunsuz immiqrant hesab etdiyi insanların deportasiyasını sürətləndirməyi hədəfləyir və bu məqsədlə yeddi böyük və 16 kiçik saxlama mərkəzi tikməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki , bu barədə "The Washington Post" qəzeti İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) daxili sənədlərinə istinadən məlumat yayıb .

Nəşr qeyd edir ki, "Tramp administrasiyası ABŞ-ın immiqrasiya saxlama sistemini yenidən qurmağa kömək edəcək podratçılar axtarır . Plana eyni anda 80 mindən çox immiqrantın yerləşdirilməsi üçün sənaye anbarlarının təmiri daxildir".

Hazırda saxlama sistemi elə işləyir ki, insanlar boş yerlərin olduğu qapalı müəssisələrə daşınırlar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ