Zelenskinin sülh planı: Təhlükəsizlik zəmanətləri və Donbas gündəmdə


Ukrayna Prezidenti Vladimir Zelenskinin Avropa ölkələri ilə birlikdə hazırladığı sülh planının təhlükəsizlik zəmanətləri və danışıqlar prosesi baxımından bəzi qeyri-müəyyənliklər və çıxılmazlıqlar ehtiva etdiyi vurğulanıb.

Turkustan.az xəbər verir ki, Ankara Yıldırım Beyazıt Universitetinin professoru Prof.Dr. Salih Yılmaz və İstanbul Beykoz Universitetinin prorektoru Prof.Dr. Ahmet Kasım Han Zelenskinin sülh planı və Avropa ölkələri ilə danışıqlar prosesi barədə açıqlamalar veriblər.

Yılmaz planı şərh edərək bildirib ki, "Zelenskinin təqdim etdiyi 20 maddəlik plan ölçülü görünür və Rusiyanın əvvəllər ABŞ tərəfindən irəli sürülən bəzi tələblərinə cavab verir". O, planın qarşısındakı ən vacib maneələrdən birinin Donbas məsələsi olduğunu qeyd edib: Rusiyanın Donetsk və Luqanskın beynəlxalq səviyyədə Rusiya ərazisi kimi tanınmasını istədiyi halda, Zelenskinin planında bu açıq şəkildə yer almayıb.

Yılmaz həmçinin Rusiyanın dondurulmuş aktivləri və müharibə təzminatları məsələlərinin planda hələ açıq şəkildə həll olunmadığını vurğulayıb və əlavə edib ki, "Ukrayna müharibə təzminatı hüququndan imtina etməyib". Onun sözlərinə görə, yenidənqurma üçün nəzərdə tutulan 800 milyard dolların əhəmiyyətli hissəsi Avropa ölkələri və beynəlxalq maliyyə qurumları tərəfindən təmin ediləcək və bu prosesdə Rusiyanın dondurulmuş aktivləri də rol oynaya bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ