Pentaqondan XƏBƏRDARLIQ: Çin raketləri ABŞ materikini hədəf ala bilər


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) öz hesabatında ölkənin Çindən gələn birbaşa təhdidlərə qarşı həssas qaldığını etiraf edərək, Hind-Sakit okean strategiyasında "sülhməramlılıq və güc yolu ilə təcavüzün qarşısını alma" yanaşmasının vacibliyini vurğulayıb.

Turkustan.az xəbər verir ki, pentaqonun "Çin Xalq Respublikasını əhatə edən hərbi və təhlükəsizlik sahəsindəki inkişaflar 2025" adlı hesabatında Çinin hərbi genişlənməsi, Xalq Azadlıq Ordusunun (XAO) imkanları və ABŞ təhlükəsizliyi üçün risklər təhlil edilir.

Çinin əməliyyat nüvə başlığı ehtiyatının 2024-cü il ərzində 600-lərdə qaldığını bildirən hesabatda deyilir: "(Ehtiyatda) artım əvvəllər təxmin ediləndən daha yavaş olsa da, 2030-cu ilə qədər 1000-i keçəcəyi gözlənilir".

Hesabatda bildirilir ki, Çinin 5-8 min kilometr mənzilli "DF-27" qitələrarası ballistik raketi (ICBM) onun ən uzun mənzilli gəmi əleyhinə ballistik raketidir və paylaşılan xəritə göstərir ki, bu mənzil ona Alyaska və Havay da daxil olmaqla ABŞ materikini hədəf almağa imkan verir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ