İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-ın atəşkəsi pozduğunu iddia edərək, Qəzza zolağına hücumları bərpa etməklə hədələyib.
Turkustan.az xəbər verir ki, Netanyahu ABŞ-da yerləşən X sosial media platformasındakı paylaşımında HƏMAS-ın ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü atəşkəs planını pozduğunu iddia edib.
Netanyahu bildirib ki, HƏMAS-ın tərksilahdan imtina etməsi razılaşmanın pozulması deməkdir. O, Qəzzada İsrail ordusuna məxsus bir zabitin əldəqayırma partlayıcı qurğu nəticəsində yaralanmasını da HƏMAS-ın atəşkəsi pozduğuna dair əlavə sübut kimi qiymətləndirib.
Aytən Yaşar/ Turkustan.az