Dünyaca məşhur model Adriana Lima keçirdiyi estetik əməliyyatdan sonra yenidən gündəmə gəlib.
Turkustan.az xəbər verir ki, keçmiş Victoria's Secret mələyi üzdəki piylərin çıxarılması ilə daha kəskin və dəqiq üz cizgilərinə sahib olub. Onun bu dəyişikliyi sosial mediada və moda dünyasında geniş rezonans doğurub.
Braziliyalı modelin yeni görünüşü pərəstişkarları və moda dairələri tərəfindən yaxından izlənilir. Bir vaxtlar daha yumşaq və dolğun siması ilə yadda qalan Lima indi daha incə yanaqlara və kəskin çənə xəttinə sahib görünür. Estetik müdaxilə nəticəsində onun üzündəki dəyişikliklər diqqət çəkir.
Aytən Yaşar/ Turkustan.az