Ermənilər Paşinyana etiraz etdilər: “Bizi biabır eləmə, ayıbdır!” - VİDEO


Ermənistanın Baş naziri Nikol Paşinyanın sosial şəbəkə hesabında etdiyi son iki paylaşım birmənalı qarşılanmayıb.

Turkustan.az xəbər verir ki, Paşinyan əvvəlcə Antalyadan Dublinə yollanarkən çəkilmiş videosunu paylaşıb.

Türkiyənin Antalya şəhərindəki COP31 Liderlər Sammitində iştirak edən erməni Baş nazir oteldən gedərkən masanın üzərində olan bananı da cibinə qoyur. Bu videogörüntü çoxlarının təəccübünə səbəb olub.

İkinci videopaylaşımı o, İrlandiyanın paytaxtı Dublində edib. Avropa Siyasi Birliyinin (ASB) 9-cu Sammitində iştirak etmək üçün bu ölkəyə çatan Paşinyan cibindəki həmin bananı çıxarıb masanın üzərinə qoyur.

Bu videopaylaşımlar sosial şəbəkələrin erməni izləyiciləri tərəfinsən narazılıqla qarşılanıb. Bir çox ermənilər bu hərəkətlərlə Baş nazirin onları biabır etdiyini yazıblar. “Bəsdir, bizi biabır eləmə, ayıbdır!”, - deyə erməni izləyicilər Nikol Paşinyana etiraz ediblər./modern.az


MANŞET XƏBƏRLƏRİ