Antisosial Şəxsiyyət Pozuqluğu, loru dillə desək, psixopatlıq əslində çoxunda gizli olaraq varmış. Əgər bu xüsusiyyətlər sizdə də varsa... həkimə görünün, hər halda ortalıqda dolaşmayın. Yeri gəlmişkən, sosiopatlarla psixopatlar arasında incə bir fərq var: sosiopatlar daha emosional və vasvası, psixopatlar isə daha sakit və özünənəzarətli olurlar.
Sosial mediada böyük marağa səbəb olan bu iddialar psixopatiya ilə bağlı ictimai müzakirələrə də səbəb olub. İstənilən halda, ekspertlər vurğulayırlar ki, şəxsiyyət pozuntularının diaqnozu və qiymətləndirilməsi yalnız mütəxəssis psixiatrlar tərəfindən edilə bilər.
Amma bəzi mütəxəssislər deyirlər ki, psixopatlar adrenalin həvəskarlarıdır. Paraşütlə tullanma və ya hündürlüyə qalxma və s. kimi eksterimal idman növləri bu insanlarda böyük həyəcan yaradır. Riskli hərəkətlər adi insanlar üçün qorxulu olsa da, psixopatlar bu vəziyyətlərdə özlərini daha xoşbəxt hiss edirlər.
Uzunmüddətli münasibətlər sevməyənlər də psixopat imişlər
İkincisi, psixopatlar həmişə istədiklərini əldə etmək üçün hərəkət edirlər. Bu insanlar xarizmatik və manipulyasiya davranışları nümayiş etdirərək məqsədlərinə çatmaq üçün hər şeyi edə bilərlər. Onlar adətən bu proses zamanı başqalarının necə hiss edəcəyi ilə maraqlanmırlar.
Bundan başqa, psixopatlar ümumiyyətlə aşağı stress səviyyələrinə sahibdirlər. Yəni onları özlərindən çıxarmaq çətindir, çox soyuqqanlı və təmkinlidirlər. Hətta narahatlıq keçirsələr də, özgüvənli davranışları ilə bu vəziyyəti gizlədə bilirlər. Təhlükəli vəziyyətlərdə belə sakit qala bilən, özünə güvənən bir təbiətə malikdirlər, empatiya hissi yoxdur – başqalarının yaşadığı çətinliklərə biganədirlər, duyğusal ziqzaq yaşamırlar. Və ən qəribəsi – uzunmüddətli münasibətlər sevməyənlər də psixopat imişlər. Bundan başqa səhvlərdən dərs almayanlar, problemlərdə daim başqalarını günahlandıranlar, dəfələrlə qanunu pozanlar, xəbərdarlığa məhəl qoymayanlar da potensial psixopatlar siyahısına düşüb./Bizim Media