Hicri təqvimi Miladi təqvimdən təxminən 10-12 gün qısa olduğu üçün Ramazan ayı hər il bir qədər tez başlayır.
Turkustan.az xəbər verir ki, bu dövr təxminən 33 ildən bir tamamlanır və Ramazan eyni tarixə qayıdır.
Məlumata görə, 2030-cu il Ramazan yanvar ayında başlayacaq və bir ay davam edəcək. Lakin ilin sonunda, dekabrda Ramazan ayı yenidən başlayacaq.
Beləliklə, müsəlmanlar 2030-cu ildə iki dəfə Ramazan orucunu tutmuş olacaqlar. /bakivaxti.az/