“2027-ci ildən pensiyaların indeksləşməsi qaydası dəyişir. Artıq pensiyaların indeksləşdirilməsi diferensial (fərqli) qaydada aparılacaq və 0,2 ilə 0,5 əmsallar tədbiq ediləcək”.
Turkustan.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, bu dəyişiklik ölkə üzrə orta aylıq əməkhaqqından (təxminən 1170 AZN) yüksək pensiya alan şəxslərə şamil ediləcək:
“Sadə misalla izah edək: tutaq ki, rəsmi indeksləşmə faizi 10% müəyyən edilib.
– 1000 manat pensiya alan şəxs: Məbləğ 1170 manatdan azdır. Pensiya tam 10% artaraq 1100 manat olacaq.
– 2000 manat pensiya alan şəxs: ilk 1170 manatlıq hissə tam 10% artır. Yerdə qalan 830 manatlıq hissə isə 0,5 əmsalı ilə (yəni 5%) artır”.
İqtisadçı hazırda ölkədə pensiya alan şəxslərin sayını da qeyd edib:
– Yaşa görə pensiya alanlar: Pensiyaçıların 64,8%-i (təxminən 712 800 nəfər)
– Əlilliyə görə pensiya alanlar: Pensiyaçıların 22,8%-i (təxminən 250 800 nəfər)
– Ailə başçısını itirməyə görə pensiya alanlar: Pensiyaçıların 12,4%-i (təxminən 136 400 nəfər)”.
/Globalinfo.az