İspaniyada siyasi gərginlik: Sançez erkən seçki çağırdı


İspaniyanın Baş naziri Pedro Sançez hökumətin mənzil islahatı layihəsinin parlamentdə rədd edilməsindən sonra 29 noyabrda növbədənkənar seçkilərin keçiriləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Sançez bu qərarı parlamentdə siyasi dəstəyini gücləndirmək və daha geniş çoxluq əldə etmək məqsədilə qəbul edib.

Baş nazirin sözlərinə görə, parlamentin ötən həftə hökumətin mənzil bazarı ilə bağlı əsas qaydalarını rədd etməsi və ölkə üzrə etirazların artması hökuməti yeni siyasi mandat almağa vadar edib.

Televiziya ilə xalqa müraciət edən Sançez bildirib ki, hökumət xalqın dəstəyini yeniləməli və parlamentdə daha böyük mütərəqqi çoxluq qazanmalıdır.

“Bu, bizə maraq qruplarının müqavimətini dəf etməyə, yeni sosial nailiyyətlər əldə etməyə və İspaniyanı dəyişdirməyə davam etməyə imkan verəcək”, – deyə, o vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ