SON DƏQİQƏ: Azərbaycanda ağır AVTOBUS QƏZASI – 17 yaralı var


Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Turkustan.az xəbər verir ki, Zəngilandan Zaqatala istiqamətinə sərnişin daşıyan "ISUZU" markalı avtobusun aşması nəticəsində 17 nəfər yaralanıb.

Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralılar barədə tam ətraflı məlumat yoxdur.

Qeyd edək ki, sərnişinlərin Qarabağda aparılan tikinti işlərində çalışan fəhlələr olduğu deyilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır. (bizim.media)


MANŞET XƏBƏRLƏRİ