Yaponiyada orta məktəbdə keçirilən futbol matçı zamanı ildırım 16 nəfəri yaralayıb.
Turkustan.az xəbər verir ki, Yaponiyada orta məktəb futbol matçı zamanı ildırımın meydançaya düşməsi nəticəsində ikisi ağır olmaqla 16 nəfər xəsarət alıb.
Rəsmi Kyodo agentliyinin məlumatına görə, Miyazaki prefekturasındakı Oyodo Qakuen Hoşo liseyinin futbol meydançasında oynanan matç zamanı ildırım düşüb.
Hosho Liseyi ilə Kamoto Liseyi arasında keçirilən yoldaşlıq görüşü zamanı ildırımın meydançanın kənarına düşməsi nəticəsində 2-si ağır olmaqla 16 nəfər xəsarət alıb.
Xəbərdarlıq üzərinə Miyazaki Yanğından Mühafizə Xidməti əraziyə göndərilib. Yaralılar sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb.
Dövlət yayımı NHK bildirib ki, şəhər polisi yaralılardan ikisinin qəfil ürək dayanması səbəbindən səhhətinin ağır olduğunu bildirib.
Yaponiya Meteorologiya Agentliyi (JMA) isti və rütubətli havanın aşağı təzyiqə səbəb olduğunu və yağış buludlarının qruplaşması nəticəsində ildırım vurması üçün ideal şəraitin yarandığını açıqlayıb.
Eltac Zülfüqaroğlu/Turkustan.az