Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu oldu - VİDEO


Azərbaycanlıların olduğu daha bir gəmiyə hücum edilib.

Turkustan.az xəbər verir ki, hadisə 13 noyabr, axşam saatlarında Sfantu Gheorghe qəsəbəsindən 6,8 dəniz mili (12,6 kilometr) şimal-şərqdə qeydə alınıb.

Rumıniyanın Sulina limanına doğru hərəkət edən Palau bayrağı altında üzən Larissa 1 yük gəmisi pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Vurulan gəminin göyərtəsindəki 14 nəfərin 13-ü azərbaycanlı, biri isə türkiyəli olub.

Gəmi kapitanı hücum nəticəsində ekipaj üzvlərindən heç kimin xəsarət almadığını və gəmidə yanğın baş vermədiyini bildirib. PUA-nın zərbəsi nəticəsində gəminin yalnız yük kranına ziyan dəydiyi ehtimal olunur.

Rumıniyanın müdafiə naziri Ştefan-Radu Oprea hadisəni təsdiqləyib. O, texniki ekspertiza və rəsmi araşdırma başa çatmadan PUA-nın haradan buraxıldığı barədə açıqlama verməyəcəyini bildirib.|Modern.az


MANŞET XƏBƏRLƏRİ