Tullantı sularının axıdılması üçün çəkilən kanalizasiya xətti iki küçənin sakinlərini üz-üzə qoyub.
Turkustan.az Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Nizami rayonunun Qafqaz küçəsi və Xətai rayonunun Kəpəz küçəsinin sakinləri arasında kanalizasiya xəttinin hara birləşdiriləcəyi ilə bağlı mübahisə yaranıb.
Qafqaz küçəsinin sakinləri deyiblər ki, şəxsi vəsaitləri hesablarına tullantı sularının axıdılması üçün kanalizasiya xətləri çəkiblər.
Lakin indi həmin boruların mövcud kanalizasiya xəttinə qoşulması mümkün olmadığından, sakinlər çətin vəziyyətlə üzləşiblər.
Sakinlərin sözlərinə görə, dəfələrlə məsələylə bağlı "İri Şəhərlərin Su Təchizatı Xidməti"nə müraciət edilib. Qurumdan sakinlərə bildirilib ki, hər iki küçənin sakinləri problemi öz aralarında həll edəcəkləri təqdirdə ara küçələrdəki xətt əsas xəttə birləşdiriləcək.
Kəpəz küçəsinin sakinləri isə bildirirlər ki, kanalizasiya xəttini onlar da öz vəsaitləri hesabına çəkdiriblər.
Onların sözlərinə görə, digər küçənin sakinlərinin də həmin xəttə qoşulması onların evlərində problem yaranmasına səbəb ola bilər.
Daha ətraflı videoda: