Bakıda sürücü huşunu itirdi: Avtobus ağaca çırpıldı - Video


Bakı Suraxanı rayonunda 184 nömrəli marşrut avtobusu ağaca çırpılıb.

Əldə etdiyimiz məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Belə ki, 77-JM-499 dövlət nömrə nişanlı 184 saylı marşrut avtobusu idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Sərnişinlərin sözlərinə görə, qəzaya səbəb sürücünün anidən huşunu itirməsi olub:

"Sürücü normal sürətlə avtobusu idarə edirdi. Səhhətində sanki nəsə problem var idi. Anidən huşunu itirdi. Nəticədə avtobus idarəetmədən çıxaraq ağaca çırpıldı. Xoşbəxtlikdən heç kim xəsarət almadı"./oxu.az


MANŞET XƏBƏRLƏRİ