Moskvadan seçkiqabağı İrəvana SON XƏBƏRDARLIQ


Ermənistan Xarici İşlər Nazirliyi Rusiyadan qaz, neft və almaz tədarükü ilə bağlı sazişlərin ləğv edilə biləcəyi barədə bildiriş alıb.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zakharova açıqlama verib.

Onun sözlərinə görə, əgər Ermənistan gələcəkdə Avropa İttifaqına üzvlük prosesinə qoşularsa, Moskva İrəvanla enerji və qiymətli daşlar sahəsində mövcud razılaşmaları denonsasiya edə bilər.

Zaxarova bildirib ki, söhbət Rusiya ilə Ermənistan arasında qüvvədə olan qaz, neft məhsulları və almaz tədarükü sazişlərindən gedir. O qeyd edib ki, Ermənistanın Avropa İttifaqına inteqrasiyası Moskva ilə mövcud iqtisadi münasibətlərə təsir göstərə bilər.

Rusiya rəsmisi vurğulayıb ki, bu məsələ ilə bağlı Ermənistan tərəfinə rəsmi xəbərdarlıq göndərilib və mümkün nəticələr barədə məlumat verilib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ