Zelenski Tramp və Konqresdən təcili hava müdafiə dəstəyi istədi


Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampa və Konqresə hava hücumundan müdafiə avadanlıqlarının çatışmazlığı ilə bağlı təcili məktub göndərib.

Turkustan.az xəbər verir ki, bu məlumatı jurnalistlərə Prezidentin kommunikasiya üzrə müşaviri Dmitri Litvin təsdiqləyib.

O bildirib ki, Ukrayna dövlətinin başçısı müvafiq məktubu iki ünvana - ABŞ Prezidentinə və Konqresə göndərib.

Daha əvvəl "The Kyiv Independent" qəzeti müvafiq məktubun göndərilməsi barədə məlumat vermişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ