Putini İlon Maskın avtomobilləri qoruyacaq – KİV


“Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstana səfəri zamanı təhlükəsizlik üçün “Tesla Cybertruck”lardan istifadə ediləcək”.

Turkustan.az xəbər verir ki, bu barədə Qazaxıstana aid bəzi media və Telegram kanallarında məlumat yayılıb.

Bildirilir ki, bu maşınlar Qazaxıstanın Dövlət Mühafizə Xidməti tərəfindən artıq əvvəlki beynəlxalq tədbirlərdə sınaqdan keçirilib.

“Xüsusilə may ayında keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammiti zamanı “Cybertruck”lardan koordinasiya, rabitə və operativ dəstək məqsədilə istifadə olunub.

Elektriklə işləyən bu nəqliyyat vasitələri səssiz hərəkət etməsi, güclü enerji təminatı və çətin relyefdə manevr qabiliyyəti kimi xüsusiyyətlərinə görə təhlükəsizlik əməliyyatlarında üstünlük təşkil edir”, – deyə vurğulanıb.

Məlumata görə, bu texnologiyanın tətbiqi Qazaxıstanın dövlət strukturlarında avtomobil parkının modernləşdirilməsi strategiyasının bir hissəsidir və böyük beynəlxalq tədbirlərdə çevik idarəetmə imkanlarını artırmaq məqsədi daşıyır.

Qeyd edək ki, bu barədə rəsmi təsdiq hələ yoxdur. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ