Papa XIV Leodan Qəzza çağırışı: “Xalqa yardım edin”


Papa XIV Leo Qəzzadakı humanitar vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Turkustan.az xəbər verir ki, Vatikan rəhbəri bildirib ki, Qəzza xalqı hələ də kifayət qədər humanitar yardım ala bilmir və bölgədə insanlar ağır şəraitdə yaşamağa davam edir.

Papa, Aralıq dənizinin beynəlxalq sularında İsrail ordusunun müdaxiləsinə məruz qalan Qlobal Donanma fəalları ilə bağlı məsələyə də toxunaraq insan hüquqlarına hörmət edilməsinin vacibliyini vurğulayıb.

O bildirib:

“Bütün hakimiyyət orqanlarını Qəzza xalqına kömək etməyə, onlara yardım göstərməyə və yenidənqurma işlərinə başlamağa çağırıram.”

Papa əlavə edib ki, nifrət və zorakılıq hər yerdə ağır nəticələr doğurur və bölgədə humanitar böhranın aradan qaldırılması üçün təcili addımlar atılmalıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ