İran: Omanla Hörmüz boğazında yeni bir mexanizmi müzakirə edirik


İranın Ali Milli Təhlükəsizlik Şurasının sədr müavini Əli Baqiri ölkəsinin Hörmüz boğazında dəniz nəqliyyatı ilə bağlı yeni mexanizm üzərində Omanla danışıqlar apardığını və uran ehtiyatları məsələsinin ABŞ ilə davam edən dolayı danışıqlarda gündəmdə olmadığını bildirib.

Turkustan.az xəbər verir ki, İranın yarı-rəsmi Tasnim xəbər agentliyinin məlumatına görə, Moskvada keçirilən 14-cü Beynəlxalq Yüksək Səviyyəli Təhlükəsizlik Məmurları Konfransında iştirak edən Bakiri mətbuata açıqlamalar verib.

Bakiri ABŞ ilə Hörmüz boğazı ilə bağlı hələlik heç bir razılaşma əldə olunmadığını bildirib və əlavə edib: "Qonşu sahil ölkələri İran və Oman Hörmüz boğazından keçid üçün yeni bir mexanizm yaratmaq üçün danışıqlar aparırlar. Hörmüz boğazından keçid üçün şərtlər və qaydalar İrana qarşı müharibə başlamazdan əvvəlki dövrlə müqayisədə fərqli olacaq".

Bakiri ABŞ ilə dolayı danışıqların davam etdiyini və İranın zənginləşdirilmiş uran ehtiyatlarının gələcəyinin danışıqların gündəliyində olmadığını bildirərək əlavə edib: "Bütün məsələlərdə razılığa gələnə qədər heç bir məsələdə razılığa gəlmədiyimizə inanırıq".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ