Merkeldən Ukrayna haqda qorxulu proqnoz: Kiyev də hazırlaşırmış – İddia


“Ukrayna müharibəsinin yaxın 10 il ərzində bitəcəyinə ümid edirəm”.

Turkustan.az xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.

O, Avropa Forumunda çıxışı zamanı qeyd edib ki, müharibənin nəticəsi Ukraynanın müstəqil, azad və suveren dövlət kimi qalması olmalıdır.

Merkel həmçinin Avropa İttifaqı (Aİ) adından Rusiya ilə mümkün danışıqlarda vasitəçi kimi çıxış etməsi ilə bağlı müzakirələrə münasibət bildirib:

“Belə məsələlər yalnız hazırda vəzifədə olan dövlət və hökumət başçıları tərəfindən həll edilməlidir”.

Diplomat Avropa siyasətçilərinə də tövsiyə edib ki, Rusiya Prezidenti Vladimir Putini xəfifə almasınlar.

İddialara görə, Ukrayna rəsmiləri də münaqişənin daha bir neçə il davam edə biləcəyi ssenarisinə hazırlaşırlar. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ