ÜST-dən Hantavirus açıqlaması: Yeni yoluxma qeydə alındı


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) lüks kruiz gəmisində Hantavirus epidemiyasına yoluxanların sayının 13-ə çatdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus sosial media platforması X-də verdiyi açıqlamada pandemiyanın gedişatı ilə bağlı son məlumatları paylaşıb. Qebreyesus bildirib ki, " İspaniyada karantində olan sərnişinlər arasında yeni bir yoluxma halı aşkarlanıb . Bu inkişafla birlikdə yoluxma hallarının ümumi sayı 13-ə çatıb".

Qebreyesus bildirib ki, virus səbəbindən indiyə qədər üç nəfər ölüb, lakin 2 maydan bəri yeni ölüm halı qeydə alınmayıb. Vəziyyətin nəzarət altında olduğunu vurğulayan ÜST rəhbəri aşağıdakıları qeyd edib:

"Hazırda vəziyyət sabitdir. Xəstələnən sərnişinlər lazımi müalicəni alır, digər sərnişinlər üçün isə karantin prosesi diqqətlə davam edir."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ