2026-cı ilin ilk rübü üzrə süni intellektdən istifadəyə dair ölkələrin reytinqi açıqlanıb.
Turkustan.az xəbər verir ki, hesabat Microsoft AI Economy Institute tərəfindən hazırlanıb və dərc edilib.
Araşdırmada investisiya həcmi, startap sayı və ya data mərkəzlərinin gücü deyil, əmək qabiliyyətli əhalinin generativ süni intellektdən real istifadə səviyyəsi əsas götürülüb.
Reytinqdə Azərbaycan 17,7 faiz göstərici ilə 62-ci yerdə qərarlaşıb. Gürcüstan 20,5 faizlə 54-cü, Türkiyə 17,4 faizlə 65-ci, Qazaxıstan 15,9 faizlə 70-ci pillədə yer alıb.
Siyahıda Ermənistan 7,4 faizlə 139-cu, Rusiya 9,5 faizlə 117-ci, Ukrayna isə 9 faiz göstərici ilə 118-ci sırada qərarlaşıb. İran isə 12,6 faizlə 85-ci yeri tutub.
Reytinqə United Arab Emirates liderlik edir. Ölkədə əmək qabiliyyətli əhalinin 70,1 faizi süni intellektdən aktiv istifadə edir.
Sonrakı pillələrdə Singapore (63,4%), Norway (48,4%), Ireland (48,4%), France (47,8%) və Spain (44,8%) qərarlaşıb. /modern.az/