Bu gün Masallının Qızılağac kəndində baş vermiş faciəvi hadisənin təfərrüatları məlum olub.
Turkustan.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisənin baş verdiyi ev Seyid Mirhəsən Ağa (1868-İsfahan -1955- Qızılağac) ocağı kimi də tanınır.
Bildirilib ki, hadisə vaxtı Seyid Mirhəsən Ağanın nəvəsi 1967-ci il təvəllüdlü Abdullayev Camələddin Həsənağa oğlu evin yandığını görüb və 2 yaşlı nəvəsi Məmmədzadə Məhərrəm Mehman oğlunu xilas etmək üçün yanan mənzilə daxil olub. Bu zaman alov daha da şiddətlənib və taxta konstruksiyaları tamamilə əhatəyə alıb. Nəticədə nəvə və onu xilas etmək üçün evə girən babası yanaraq vəfat ediblər.
Hadisə yerinə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri gəliblər.