Trampdan SENSASİON AÇIQLAMA: “İran atəşkəs üçün müraciət edib”


ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində İranın atəşkəs təklifinə münasibət bildirərək rəsmi Tehrana qarşı kəskin ultimatun nümayiş etdirib.

Tramp İranın yeni rəhbərliyini "əvvəlkilərlə müqayisədə daha az radikal və daha ağıllı" adlandırsa da, ABŞ-ın hərbi təzyiqini dayandırmaq üçün ağır şərtlər irəli sürüb.

Turkustan.az xəbər verir ki, Tramp İran prezidentinin indicə ABŞ-dan atəşkəs istədiyini təsdiqləyib. Lakin o, bu təklifin yalnız bir halda müzakirə oluna biləcəyini vurğulayıb: "Biz bunu yalnız Hörmüz boğazı tamamilə açıq, azad və təhlükəsiz olduqda nəzərdən keçirəcəyik".

Ağ Ev rəhbəri bu şərt yerinə yetirilməyənə qədər hərbi əməliyyatların davam edəcəyini qeyd edərək, "O vaxta qədər isə İranı tamamilə məhv edirik, ya da necə deyərlər, daş dövrünə qaytarırıq" – deyə xəbərdarlıq edib. Trampın bu bəyanatı regionda strateji əhəmiyyət kəsb edən su yollarının nəzarətə götürülməsinin Vaşinqton üçün əsas prioritet olduğunu bir daha təsdiqləyib./Musavat.com


MANŞET XƏBƏRLƏRİ