Türkiyənin güc balansını dəyişdirə biləcək bu addımı İsraili panikaya saldı


İranda davam edən müharibə və Hörmüz boğazında mümkün blokada Asiya ilə Avropa arasında ticarət marşrutlarını yenidən formalaşdırır və regionda iki əsas layihəni ön plana çıxarır.

Turkustan.az xəbər verir ki,IMEC ilə İnkişaf Marşrutu təşəbbüsü arasındakı rəqabət artıq iqtisadi və geosiyasi müstəviyə keçib.

İsrail mətbuatında yer alan təhlillərə görə, Ankaranın son diplomatik və iqtisadi addımları Təl-Əvivdə narahatlıq doğurub. “Maariv” qəzeti Türkiyə və Suriyanın İsrailin Avropaya çıxış rolunu zəiflətmək üçün koordinasiyalı strategiya həyata keçirdiyini iddia edib. Keçmiş israilli hərbi rəsmisi Amit Yaqur isə Türkiyənin rəhbərlik etdiyi blokun İsraili regional tənlikdən kənarlaşdırmağa çalışdığını bildirib.

Mütəxəssislər qeyd edirlər ki, Asiya–Avropa arasında yeni quru ticarət dəhlizləri Süveyş kanalı və Bab əl-Məndəb boğazı kimi strateji dəniz yollarından asılılığı azalda bilər. Bu marşrutların daşınma müddətini təxminən üçdə bir qədər qısaltmaq potensialı var.

Bununla belə, İrandakı münaqişə və Hörmüz boğazı ətrafındakı qeyri-müəyyənlik bu layihələri nəzəri müzakirələrdən çıxararaq təcili geosiyasi və iqtisadi zərurətə çevirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ