NASA insanın Aya qayıdışını təmsil edən "Artemis 2" missiyası üçün hazırlıqların son mərhələdə olduğunu açıqladı.
Turkustan.az xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA), Apollo 17-dən bəri bəşəriyyətin Aya ilk dəfə insanlı qayıdışını təmsil edən "Artemis 2"nin sabah Türkiyə vaxtı ilə saat 01:24-də Kennedi Kosmik Mərkəzindən buraxılacağını açıqladı.
Artemis 2, Kosmik Buraxılış Sistemi raketi və Orion kapsulunun ilk ekipaj uçuşu olacaq. Ekipaj Aya eniş etməyəcək; lakin onlar Apollo missiyalarından daha uzağa səyahət edəcək və Ayın uzaq tərəfinin görüntülərini əldə edəcəklər.
Təxminən 10 gün davam edəcək missiya, gələcəkdə planlaşdırılan Aya enişlər üçün yol açacaq vacib bir addım kimi qiymətləndirilir.
Aytən Yaşar/ Turkustan.az