Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Anitta Hipper ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxmağı ciddi şəkildə düşündüyünə dair açıqlamalarına cavab verərək, Aİ-nin transatlantik ittifaqa sadiqliyini vurğulayıb.
Turkustan.az xəbər verir ki, Hipper gündəlik mətbuat brifinqində Trampın NATO ilə bağlı fikirlərinə münasibət bildirib.
Hipper deyib: “Biz birbaşa NATO adından danışmırıq, lakin təhlükəsizliyimiz və müdafiəmiz baxımından Aİ adından çıxış edirik. Aydındır ki, təhlükəsizliyimiz üçün vacib olan güclü transatlantik əlaqələrə sadiqik. Eyni zamanda, təhlükəsizliyimizə və müdafiəmizə investisiya qoymaqda qərarlıyıq.”
O əlavə edib ki, “biz həmişə birlikdə daha güclüyük və NATO bunun açarıdır”.
Böyük Britaniyanın The Telegraph qəzetinə müsahibəsində Tramp ABŞ-ın NATO-dan çıxma ehtimalını “nəzərdən keçirilə bilən məsələ” kimi dəyərləndirib və bildirib: “Mən həmişə onların kağız pələng olduğunu düşünmüşəm və Vladimir Putin də bunu bilir.”
Aytən Yaşar/ Turkustan.az