Üçüncü Dünya müharibəsi bu ərazidə OLACAQ


Rusiyada Kremlə bağlı fəaliyyət göstərən Strateji Tədqiqatlar İnstitutunun (RISS) hesabatında NATO ilə mümkün müharibə ssenarisi təhlil edilib. Sənəddə bildirilir ki, potensial qarşıdurmanın əsas mərkəzi Baltik regionu ola bilər və burada baş verəcək toqquşma qısa müddətdə genişmiqyaslı müharibəyə çevrilə bilər.

Hesabata görə, mümkün müharibə zamanı tərəflər əsasən hərbi deyil, logistika və nəqliyyat infrastrukturunu hədəfə alacaq. Xüsusilə Sankt-Peterburq-Tallin xətti, Narva və Luqa çayları üzərindəki körpülər, eləcə də Pskov bölgəsi strateji əhəmiyyətli nöqtələr kimi göstərilir. Bu infrastruktura zərbə vurulmasının Rusiyanın hərbi imkanlarını ciddi şəkildə zəiflədə biləcəyi qeyd olunur.

Sənəddə həmçinin NATO-nun yalnız cəbhə xəttində deyil, Rusiyanın iqtisadi və strateji dərinliyində də hədəflər seçə biləcəyi vurğulanır. Kalininqrad bölgəsinin mümkün işğalı və genişmiqyaslı hücum ssenariləri müzakirə olunur. Analitiklər belə bir qarşıdurmanın qısa müddətdə qlobal müharibəyə çevrilə biləcəyini, prosesə digər böyük güclərin də cəlb olunacağını istisna etmirlər. /Milli.Az/


MANŞET XƏBƏRLƏRİ