Azərbaycan Kinematoqraflar İttifaqında (AKİ) rəhbərlik məsələsi gündəmdədir.
Turkustan.az xatırladır ki, uzun müddət ittifaqın sədri vəzifəsini icra edən Xalq artisiti Rasim Balayevin vəfatı Azərbaycan kino ictimaiyyətində böyük üzüntü yaradıb.
Rasim Balayev həm kino sənətinin inkişafına verdiyi töhfələr, həm də gənc kinematoqraflara dəstəyi ilə tanınırdı. Onun itkisi ölkə mədəniyyətinə böyük boşluq yaradacaq. Xalq artisitinin ölümü Kinematoqraflar İttifaqının rəhbərliyində dəyişiklik prosesini zəruri edib.
Məlumata görə, Rasim Balayevin 40 mərasimindən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçkisi keçiriləcək. İdarə Heyətinin məsələ ilə bağlı iclasını mayın 8-dən sonra keçirəcəyi gözlənilir.
Bakıvaxtı.az bununla bağlı İttifaqın katibi, Xalq yazıçısı Anarla əlaqə saxlayıb. Onun sözlərinə görə, hazırda yeni təyinatla bağlı fikir bildirmək hələ tezdir.
“Gözləyin, Rasimin 3-ü çıxsın. Hamı zəng edir, təyinatı soruşur. Rasimin yasının bitməsini gözləmək lazımdır. Ondan sonra fikir bildirərəm”, – deyə Anar saytımıza bildirib.
Beləliklə, Rasim Balayevin xatirəsi yad edilən bu dövrdə İttifaq rəhbərliyi məsələsi rəsmi olaraq yalnız yas mərasimi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, AKİ sədri, Xalq artisti Rasim Balayev martın 29-da Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.