Keir Starmer ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxma ehtimalı barədə açıqlamalarına münasibət bildirib.
Turkustan.az xəbər verir ki, o bildirib: “Müdafiə, təhlükəsizlik və iqtisadi gələcəyimiz üçün Avropa ilə daha yaxın münasibətlərə ehtiyacımız var”.
Starmer Dauninq küçəsi, 10 ünvanında keçirilən mətbuat konfransında ABŞ və İsrailin İrana hücumları və Hörmüz boğazının bağlanması ilə bağlı yaranmış gərginliyi şərh edib.
O vurğulayıb ki, “Bu, bizim müharibəmiz deyil və milli maraqlarımıza uyğun olaraq bu münaqişəyə cəlb olunmayacağıq”. Starmer həmçinin bildirib ki, ölkədə artan yaşayış xərclərini azaltmaq üçün ən effektiv yol Yaxın Şərqdəki gərginliyi azaltmaq və Hörmüz boğazını açıq saxlamaqdır.
Baş nazir əlavə edib ki, bütün diplomatik yollar araşdırılır: Dövlət Katibi və Maliyyə Nazirinin G7-dəki həmkarları ilə məsələni müzakirə etdiyini, Müdafiə Nazirinin isə Yaxın Şərq səfəri zamanı mövzunu gündəmə gətirdiyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az