Sabah bəzi yerlərdə yağış yağacaq


abah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, lakin gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.


MANŞET XƏBƏRLƏRİ