Bayraqdar Media 5 yaşında - Mətbuat Şurası təbrik ünvanladı


Bu gün Azərbaycanın media məkanında özünün dəst-xətti ilə seçilən Bayraqdar Media-nın (Bayraqdar.info) 5 yaşı tamam olur.

Bu münasibətlə Mətbuat Şurası qurumun İdarə Heyətinin üzvü Azər Həsrət başda olmaqla saytın rəhbərliyinə və kollektivinə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

Bayraqdar Media ölkəmizdə türk dünyası ilə bağlı informasiya yayıcılığını özünün başlıca fəaliyyət qayəsinə çevirməsi ilə populyarlıq qazanıb. Media orqanı daim peşəkarlığı ön planda tutub, hadisə və proseslərə həssas yanaşma tərzinə sadiq qalıb, mövzu rəngarənliyini və prinsipiallığını qoruyub. Bütün bunlar, həmçinin, müasir informasiya texnologiyalarından bacarıqla istifadə və oxucularla interaktiv münasibət üsulları onun gələcəyi üçün əminlik yaradır.

Bir daha Bayraqdar Media-nı fəaliyyətinin 5 illiyi münasibəti ilə təbrik edir, media orqanına yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

Türküstan.az olaraq Bayraqdar Media-nı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!


MANŞET XƏBƏRLƏRİ