Fransada Baş Qərargah rəisi Fabien Mandonun "Ölkəsi öz övladlarını itirməyə hazır olmalıdır" açıqlaması mübahisələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, Mandon Fransanın beş il ərzində Rusiya ilə potensial olaraq müharibə edə biləcəyini iddia edib.
Bu həftənin əvvəlində Parisdə keçirilən Fransa Bələdiyyə Başçılarının Konqresində çıxış edən Mandon Fransa ölkəsinin 2030-cu ilə qədər Rusiyaya qarşı mümkün münaqişəyə hazır olması lazım olduğunu bildirib.
“Düzünü desək, əgər ölkəmiz övladlarını itirməyə hazır olmadığı üçün zəifləyirsə və müdafiə istehsalına üstünlük veriləcəyi üçün iqtisadi cəhətdən əziyyət çəkirsə, o zaman risk altındayıq” deyən Mandon, “Əgər buna hazır deyiliksə, o zaman risk altındayıq” deyib.
Mandonun “ölkəsi öz övladlarını itirməyə hazır olmalıdır” sözləri günlərdir ölkədə müzakirə olunur.
Aytən Yaşar/ Turkustan.az