Ağdərədə mina hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.
Məlumata görə, hadisə rayonun Sırxavənd kəndi ərazisində baş verib.
Bərdə sakini, 1990-cı il təvəllüdlü Natiq Namiq oğlu Əliyev kənd ərazisində minaya düşərək yaralanıb.
Zərərçəkən dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./teleqraf