Goranboyda yük avtomobili obyektə çırpılıb.
Turkustan.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonundan keçən hissəsində baş verib.
Yük avtomobili idarəetməni itirərək yol kənarındakı obyektə çırpılıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü, Türkiyə vətəndaşı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. /Oxu.az/