Bakının Sabunçu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Turkustan.az Teleqraf-a istinadla xəbər verir ki, təcili yardım maşını kişi cinsindən olan bir piyadanı vuraraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.