Rusiyanın Rostov şəhərində azərbaycanlıların da olduğu “Omskiy-121” gəmisi dron hücumuna məruz qalıb.
Turkustan.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə oktyabrın 11-də səhər saatlarında baş verib
İlkin məlumata əsasən, hücum nəticəsində ölən yoxdur. Xəsarət alanların olub-olmadığı barədə isə hələlik məlumat yoxdur.
Gəminin ekipajının 12-13 nəfərdən ibarət olduğu bildirilir. Onların arasında Azərbaycan vətəndaşları da var.