Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər


Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib.

Turkustan.az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb.

Nəticədə 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.

Başından xəsarət alan mühafizəçinin şəhər xəstəxanalarından birinə çatdırıldığı və əməliyyat olunduğu bildirilir.

Xatırladaq ki, faktla bağlı araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ