Araşdırma: Gündə 2-3 qəhvə içmək...


Bir araşdırma gündə 2-3 fincan qəhvə istehlakının insan sağlamlığına böyük töhfə verdiyini ortaya qoyub.

Turkustan.az xəbər verir ki, alimlər hərtərəfli araşdırma nəticəsində müəyyən ediblər ki, qəhvə istehlakı bəzi ciddi xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azaldır...

Çinin Soochow Universitetinin alimləri 10 il ərzində 10.000-dən çox ABŞ yetkinliyinin sağlamlıq məlumatlarını araşdırıblar. Alimlər iştirakçıların gündəlik vərdişləri, o cümlədən nə qədər oturduqları və nə qədər qəhvə içdikləri haqqında öyrəndilər.

İştirakçıların sağlamlıq vəziyyətini eyni vaxtda izləyən elm adamları, qəhvə içən şəxslərin daha uzun yaşadığını aşkar ediblər. Alimlər ofisdə ən az 6 saat masa arxasında işləyən və qəhvə içməyən fərdləri gündə 2-3 fincan içən həmkarları ilə müqayisə edərək, qəhvə istehlak edənlərin erkən ölüm riskinin daha az olduğunu açıqlayıblar.

Alimlər qəhvə içənlərin vaxtından əvvəl ölüm riskinin 33 faiz daha çox olduğuna diqqət çəkiblər. Mütəxəssislər qəhvənin iltihab əleyhinə təsirinin önə çıxdığını açıqladı.

Araşdırmanın nəticələri BMC Health tibb jurnalında dərc olunub. Alimlər düşünürlər ki, qəhvə dənələrindəki həyati antioksidant birləşmələr çox uzun oturmanın təhlükələrini aradan qaldırmaq üçün açardır.

Tədqiqat aparan mütəxəssislər belə izah ediblər: “Qəhvə bioaktiv maddələrlə zəngindir və onun güclü xüsusiyyətlərinə görə xroniki xəstəliklərdən ölümləri azalda biləcəyinə dair sübutlar artır.

Eltac Zülfüqaroğlu/Turkustan.Az


MANŞET XƏBƏRLƏRİ