Rusiyaya daxil olan ermənilərin sosial şəbəkələri Ermənistanın Baş naziri Nikol Paşinyanı dəstəkləyib-dəstəkləmədiklərini müəyyən etmək məqsədilə yoxlanılmalıdır.
Turkustan.az xəbər verir ki, bunu RT və “Rusiya Seqodnya” media qrupunun baş redaktoru Marqarita Simonyan deyib.
Simonyan qeyd edib ki, son seçkilərdə Paşinyana səs verən Ermənistan vətəndaşlarının Rusiyaya girişi qadağan olunmalıdır:
“Onları sosial şəbəkələr vasitəsilə müəyyən etməyi təklif edirəm. İndi bunu etmək çox asandır. Sərhədçilər sərhəddə bunu rahat və asan şəkildə həyata keçirirlər. Həm burada, həm də Gürcüstanda. Gürcüstana getməyə çalışın, əgər Abxaziya və Osetiyaya dair bir mövqeyiniz varsa, sizi buraxmayacaqlar, elə deyilmi? Sosial mediadan istifadə edərək Paşinyanı dəstəkləyən erməniləri müəyyənləşdirib, onların Rusiya Federasiyasına girişini qadağan edin. Birdəfəlik. Çünki Paşinyanı dəstəkləyirsinizsə, deməli, rusofobiyanı dəstəkləyirsiniz. Əgər rusofobiyanı dəstəkləyirsinizsə, deməli, Rusiyaya nifrət edirsiniz”./axar.az