"Jujalka" ("Buzzer") kimi də tanınan sirli "Qiyamət günü" radiostansiyası üç dəfə efirə çıxıb və bir neçə sirli mesaj ötürüb.
Turkustan.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə stansiyanın aktivliyini izləyən "UVB-76 Loqi" "Telegram" kanalı məlumat verib.
İlk mesaj iyunun 22-də Moskva vaxtı ilə saat 11:33-də (Bakı vaxtı ilə saat 12:33) səslənib. "Qiyamət günü" radiostansiyası hərf və rəqəmlərin kombinasiyası ilə yanaşı, "STANONANT" və "OBEDOBUYAN" sözlərini yayımlayıb.
Qısa müddət sonra Moskva vaxtı ilə saat 13:28-də efirdə ikinci mesaj - "KLIKOTRYUM" sözü səslənib.
Gün ərzində üçüncü mesaj iyunun 22-də Moskva vaxtı ilə saat 14:29-da (Bakı vaxtı ilə saat 15:29) yayımlanıb.
Hərf və rəqəmlərin kombinasiyası ilə yanaşı radiostansiya "QLAZİŞE" sözünü ötürüb.