Polşada qəbizlikdən əziyyət çəkən kişi xəstəxanaya müalicə üçün getmək əvəzinə düz bağırsağına diri ilan balığı qoyub. Bir müddət sonra ilan kişinin bağırsaqlarını və mədəsini zədələyib. Çox əziyyət çəkməyə başlayan kişi dayana bilməyib və xəstəxanaya gedib.
Polşada baş verən hadisə eşidənləri şoka salıb. Qəbizliyi müalicə etmək üçün qəribə və təhlükəli üsul seçən adam ölüb. Arxa nahiyəsinə ilan balığı salan kişinin bağırsaqları və mədəsi zədələnib. Xəstəxanada cərrahiyyə əməliyyatından sonra kişinin anusundan ilan balığı çıxarılıb.
Turkustan.azyerli mənbələr istinadən xəbər verir ki, ətrafdakı bəzi adamlar ona ilan balığının qəbizliyin müalicəsində təsirli olduğunu deyiblər, ona görə də qəbizlik problemini ilan balığı ilə həll etməyə üstünlük verib.
Dünyanın bir çox yerində ilan balığının qəbizlik üçün təsirli bir müalicə olduğuna inanılır. 2021-ci ildə Çində bir kişi eyni məqsədlə düz bağırsağına ilan balığı qoymuşdu və xəstəxanaya yerləşdirilmişdi.