Rusiya: Ölən əsgərlərin cəsədlərinin dəyişdirilməsi baş tutmadı


Rusiya İstanbul razılaşmalarına uyğun olaraq, Ukrayna Silahlı Qüvvələrinin həlak olan əsgərlərinin cəsədlərinin birinci hissəsini mübadilə yerinə çatdırıb.

Turkustan.az xəbər verir ki,Rusiya danışıqlar qrupunun nümayəndəsi, general-leytenant Aleksandr Zorinin sözlərinə görə, Ukrayna bu gün əlaqə saxlamayıb.

"Rusiya tərəfi 2 iyun tarixli İstanbul razılaşmalarına ciddi şəkildə uyğun olaraq, ölən ukraynalı hərbçilərin birinci hissəsini mübadilə məntəqəsinə çatdırdı, bu, 1212 cəsəddir. İstanbulda razılaşdırılmış qrafikə uyğun olaraq, biz bu işi başa çatdırdıq. Təəssüf ki, bu gün Ukrayna tərəfdən heç kim bizimlə əlaqə saxlamadı, aksiya baş tutmadı".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ