Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi - VİDEO


Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə şübhəli bilinən şəxslər məhkəməyə gətiriliblər.

Turkustan.az Real TV-yə istinadən xəbər verir ki, hakim qarşısına çıxarılan şəxslər arasında deputat Arzuxan Əlizadənin oğlu Əhməd də var.

Qeyd olunur ki, hazırda şübhəli şəxslərin ifadələri alınır.

Turkustan.az kütləvi davada iştirak edən deputat Arzuxan Əlizadənin oğlu Əhmədin məhkəməyə gətirildiyi görüntüləri təqdim edir:

xxx

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər.

Turkustan.az xəbər verir ki, bununla bağlı “Real TV” görüntülər yayımlayıb.

Xatırladaq ki, kriminal aləmdə “Ceyhun Sabunçu” kimi tanınan şəxsin qətlə yetirildiyi həmin görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhmədin təşkil etdiyi bildirilir. Məlumata görə, onun əsas məqsədi aralarında münaqişə olan tərəfləri barışdırmaq olub.

Məlumat üçün bildirək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçan 2 nəfər müəyyən edilərək saxlanılıb.


MANŞET XƏBƏRLƏRİ