Tramp İrana yeni zərbə endiriləcəyinin anonsunu verdi


ABŞ Prezidenti Donald Tramp razılaşma əldə olunmayacağı təqdirdə İrana yeni zərbələr endirilə biləcəyini istisna etməyib.

Tramp bu barədə Floridada jurnalistlərlə söhbəti zamanı danışıb.

“Bunu etmək ehtimalım var. Eyni zamanda, yaxşı, böyük və möhtəşəm bir razılaşma əldə etməyimiz də mümkündür. Mən məsələni həll edə bilərəm. Yaxud onlar razılaşma əldə edə bilərlər. Dəqiq bilmirəm. Hər bir halda biz qalib gələcəyik”, – Tramp əlavə edib.

Onun sözlərinə görə, İran razılaşma əldə etmək istəyir, lakin Tehranın sazişin şərtlərinə əməl edib-etməyəcəyi sual olaraq qalır.


MANŞET XƏBƏRLƏRİ